“Diorlarım” və qənaətim

IMG_3761(Dior gecə kremləri)

Düzdü istifadəsində yaş həddi 40 dan yuxarıda olsa üz dərimin quruluğu bu gecə kremlərindən istifadə etməyimi məcbur etdi. 🙂  Üzümün daha çox nəmə ehtiyacı olur. Buna görə də ağır nəm verən kremləri gecə istifadə edirəm. Çünki bildiyiniz kimi insan dərisi gecələr yenilənir. Buna sübut olaraq hətta səhər  yuxudan duranda gigienik olması üçün çox nazik salfet ilə üzünüzü silin. Salfetin yağlandığını  və axşam rutin qulluğunuzu etsəniz belə yenə xırda tozlu qırıntılar, ürəkaçmayan mənzərə görəcəksiniz.

Kremlərə gəldikdə;

Hər ikisini də Gürcüstanda olanda almışam.( xırda 126 $, böyük 326 lari)  Ölçüləri və görünüşlərindən başqa içindəki ingredientləri fərqlənmir. İlk öncə balacanı aldım. Bir il kifayət etdi. Yəni ekonomikdir. Çox az almağın üzünə kifayət edir. Sonraki səfərimdə yenə almaq istədim amma artıq stocklarda bitmişdi. Satıcı xanım mənə bənövşəyi rəngdə olanı məsləhət gördü. Əvvəl aldığımın bir üst səviyyəsi olduğunu dedi. Bu da qane edir.

Ancaq bu kremlərlə kifayətlənmirəm, üzümə evdə bir neçə organik maskalar edirəm. Əgər maraqlı olsa, istəsən həm instagram səhifəmdə (mahal_photos) , istərsə də burada commentə yaza bilərsən. Saysız sayda maskalar bilirəm. Onlar haqqında da əlavə məqalə yazaram.

IMG_3762

Yorum bırakın